Putin Azərbaycandan keçən yüklərdən danışdıbackend

Putin Azərbaycandan keçən yüklərdən danışdı

“Şimal-Cənub marşrutu ilə yüklərin çatdırılması Sankt-Peterburqdan Fars körfəzi ölkələrinə daşıma müddətini 10 gün azaldacaq”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

Prezident bildirib ki, Şimal-Cənub marşrutuna gəlincə, o, çox yaxşı və tələb olunan beynəlxalq dəhlizə çevrilə bilər:

“Buradan yüklər birbaşa Sankt-Peterburq limanından Rusiyanın bütün Avropa hissəsindən keçərək Azərbaycana, oradan İrana və Fars körfəzi sahillərinə çıxacaq. Bu, Süveyş kanalından demək olar ki, 10 gün tezdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*