AZMİU-dan yanğın bağlı AÇIQLAMAbackend

AZMİU-dan yanğınla bağlı AÇIQLAMA

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində yanğın söndürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-a universitetin mətbuat katibi Nicat Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Memarlıq və İnşaat Universitetində 1 saylı tədris binasının yaxınlığında yanğın baş verib: “Yanğının tüstüsü tədris binasında hiss olunduğuna görə binadakı bütün tələbələr, müəllimlər, əməkdaşlar binadan təxliyə olunub. Yanğın Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb, ərazi nəzarətə götürülüb. Qeyd edim ki, yanğın zamanı kimsə xəsarət almayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*