Türkiyə İsrail prezidenti İshak Hersoqun Astanaya uçan təyyarəsinin ölkənin hava məkanından keçməsinə icazə verməyib. Nəticədə marşrut dəyişdirilib və təyyarə Avropa və Rusiya üzərindən istiqamətləndirilib.
KONKRET.az xəbər verir ki, Ankara rəsmilərinin sözlərinə görə, Türkiyənin hava məkanı İsrailin rəsmi nümayəndə heyətləri üçün bağlıdır.
Bununla belə, İsrail aviaşirkətlərinə yalnız tranzit uçuşlar üçün bu məkanı istifadə etməyə icazə verilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
