Putin: “Onlar Rusiyanın 8 il vaxtını aldılar, aldatdılar”backend

Putin: "Onlar Rusiyanın 8 il vaxtını aldılar, aldatdılar"

“Rusiyanın 8 ildir ki, boş-boşuna başını qatdılar”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Buryatiya Respublikasına işgüzar səfəri zamanı Ulan-Ude Aviasiya Zavodunun fəaliyyəti ilə tanış olarkən deyib.

Rusiya Prezidentinə helikopterlərin bölmələri və yeni modelləri göstərilib. Putin yekun yığım sexinə də baş çəkib, burada zavodun işçiləri ilə söhbət edib.

Söhbət zamanı o bildirib ki, ölkəmiz səkkiz ildir ki, tərəfdaşları Donbas problemini sülh yolu ilə həll etməyə inandırmağa çalışır.

“2014-cü ildən sonra Rusiya ilə normal münasibətlərin tərəfdarı olanların hamısının Ukraynada fiziki məhvinə başlanılıb.

indi göründüyü kimi, Donbasla bağlı onlar bizim sadəcə vaxtımızı aldılar, aldatdılar”, – deyə Putin vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*