Putin Paşinyanın zənglərinə cavab vermir – ƏTRAFLIbackend

Putin Paşinyanın zənglərinə cavab vermir - ƏTRAFLI

“Məlum olduğu kimi, sentyabrın 9-da Paşinyan ABŞ dövlət katibi, Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti və Gürcüstanın baş naziri ilə telefon danışığı aparıb. İki gün sonra Türkiyə prezidenti Ərdoğanla telefon söhbəti oldu. Amma Putinlə hansısa müzakirədən söhbət belə getmədi”.

KONKRET.az xəbər verir ki, erməni mənbələrinə görə, Paşinyan dəfələrlə zəng etsə də, Kremldən dəstəyi götürən olmayıb. Ona görə də Baş nazir Rusiyanın dövlət başçısına geniş mətndən ibarət məktub yazıb.

Vladimir Putin də bir neçə gün bundan öncə bu barədə danışıb.

Erməni mediası yazır ki, Nikol Paşinyan həmin məktubda Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb. Putini inandırmağa çalışıb ki, proseslər Rusiya ilə bağlı deyil.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*