Putin QƏRAR VERDİ: Ramzan Kadırovu öz oğlu ƏVƏZLƏYƏCƏK – VİDEObackend

Putin QƏRAR VERDİ: Ramzan Kadırovu öz oğlu ƏVƏZLƏYƏCƏK - VİDEO

Putin Kadırovun oğlu ilə “müsahibə” aparıb.

KONKRET.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ramzan Kadırovun oğlu ilə görüş keçirib. Bu, Çeçenistan rəhbəri vəzifəsinə müsahibə idi.

Putin Kadırovu vəzifəsindən uzaqlaşdırmaq istəyir və oğlunu müsahibəyə çağırıb.

Politoloq Nikolay Davidyukun “Arqument” proqramının yeni buraxılışında deyib ki, Putin Kadırovu əvəzləmək qərarına gəlib. Onun vəzifəsinə əsas namizəd kiçik Kadırov olacaq.

“Onu da atasının gələcəyi kimi gələcək gözləyir. Sadəcə, ona respublika verəcəklər, amma yaxın çevrəni və təmizlənməli olan bütün “canavarlar”ı öldürməli olacaq. Bundan sonra onun soyub-talamaq üçün 20-30 il vaxtı olacaq.

Bunların hamısı bağışlanacaq və göz yumulacaq,sonra onun da bir oğlu böyüyəcək. Oğlu da onu əvəz edəcək. Və beləcə davam edəcək.

Biriləri vətəni azad etməyin daha asan olduğunu anlayana qədər bu, belə olacaq, Kreml də onları yeyəcək”, – deyə politoloq qeyd edib.

Ekspert qeyd edib ki, Kadırovun oğlu Putini sıradan çıxarmaqla “bütün bu hekayəni bitirə bilər”.

Politoloq əlavə edib ki, Putini müharibədə “acı sonluğa” sövq edən bütün “müharibə şahinləri” artıq məğlub olub. Xüsusilə bunlar Viktor Medvedçuk, Yevgeni Priqojin və bir sıra rus generallarıdır.

Daha ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*