Rusiya və İran prezidentləri telefonla Qarabağ ətrafındakı vəziyyət və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı fikir mübadiləsi aparıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Qarabağ ətrafındakı vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafında ətraflı fikir mübadiləsi aparılıb”, – məlumatda bildirilir.
Qeyd edilir ki, Putin Rəisiyə Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən mülki şəxslərə humanitar yardımın göstərilməsi, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin müdafiəsi barədə məlumat verib.
İki ölkə prezidentləri “3+3” məsləhətçi regional platformasının (Ermənistan, Azərbaycan, Gürcüstan üstəgəl Rusiya, İran və Türkiyə) işinin fəallaşdırılmasında maraqlı olduqlarını bildiriblər”, – məlumatda vurğulanır.
Ariz Həsənoğlu,
KONKRET.az
