Ukrayna prezidenti Volodimir Zelenski sülhə nail olmaq üçün Rusiyaya ərazi güzəştlərinin mümkünlüyünü istisna edib.
KONKRET.az xəbər verir ki, ABŞ-ın CBS telekanalına müsahibəsində vurğulayıb ki, Ukrayna ərazilərinin bir metri belə Rusiyaya güzəştə gedilməyəcək.
Zelenski Rusiyanın işğal etdiyi rayonların əksəriyyətinin tezliklə azad edilməsinin və hava şəraitindən asılı olmayaraq əks-hücumun davam etdirilməsinin vacibliyini vurğulayıb.
O, Ukraynanın əks-hücumlarına da münasibət bildirib: “Çətin vəziyyətdir, sizinlə tam səmimi olacam. Bu, bizim təşəbbüsümüzdür və artıq üstünlüyümüz var. Rusların qarşısı alınıb, lakin bizim hər gün irəliləməyimiz vacibdir”.
Ukrayna prezidenti vurğulayıb ki, ölkə qoşunları mümkün qədər irəli getməlidir. Biz Putinə nəfəs almaq şansı verməməliyik”, – deyə Zelenski bildirib.
Vəli Həsənov,
KONKRET.az