Qadın boksçumuz ispaniyalı rəqibinə qalib gəldibackend

Qadın boksçumuz ispaniyalı rəqibinə qalib gəldi

Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ispaniyalı Mariana Soto Torresə qalib gəlib.

Federasiyadan KONKRET.az-a verilən məlumata görə, 66 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 finalda rəqibini 5:0 hesabı ilə məğlub edib.

Ardıcıl ikinci qələbəsini qazanan Şəhla Allahverdiyeva 1/8 final döyüşünə martın 9-da çıxacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha iki boksçusu qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador), Ümid Rüstəmov (57 kq) isə Bakari Hassanla (Keniya) döyüşəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*