“Qalatasaray” 1,2 milyon avro cərimələndi – İDMANbackend

“Qalatasaray” 1,2 milyon avro cərimələndi - İDMAN

“Rizəspor” klubu “Qalatasaray”la məhkəməni qazanıb.

 KONKRET.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən cəzalandırılıb.

Rizə klubu ötən mövsüm müqaviləni tək tərəfli ləğv edərək “Qalatasaray”a keçən Oğulcan Çağlayanla bağlı TFF-yə şikayət etmişdi. Məsələ ilə bağlı qərarını verən qurum “cim-bom”u və futbolçunu cəzalandırıb. “Qalatasaray” qarşı tərəfə 1,2 milyon avro təzminat ödəməli olacaq. “Rizəspor” milli üzvünü “Kayseri Erciyesspor”dan məhz bu məbləğə transfer etmişdi. Həmçinin futbolçu da 6 oyunluq diskvalifikasiyaya məruz qalıb.

“Qalatasaray” və Oğulcan qərarla bağlı rəsmi etiraz bildirəcək.

ApaSport

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*