“Qalatasaray”ın Super Liqa oyununun vaxtı dəyişdirildibackend

“Qalatasaray”ın Super Liqa oyununun vaxtı dəyişdirildi

Türkiyə Super Liqasının 29-cu turunda keçirilməsi planlaşdırılan “Qalatasaray” – “Rizəspor” oyununun vaxtı dəyişdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Buna “sarı-qırmızılar”ın Avropa Liqasında mübarizəni dayandırması səbəb olub. Martın 10-da, Bakı vaxtı ilə saat 17:00-da start götürməli olan qarşılaşma martın 8-də, saat 21:00-da başlayacaq.

Bundan əlavə, “İstanbulspor” – “Kasımpaşa” dueli martın 8-dən 10-na keçirilib. Görüş Bakı vaxtı ilə saat 17:00-a təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*