Avropa Liqasının 1/8 final mərhələ oyunu üçün “Qarabağ” – “Bayer-04” matçına biletlərin satış vaxtı bəlli olub.
KONKRET.az xəbər verir ki, biletlər 1 mart tarixində satışa çıxarılacaq. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Qeyd edək ki, “Qarabağ” – “Bayer-04” matçı 7 mart saat 21:45-də baş tutacaq. Cavab oyunu 1 həftə sonra Leverkuzendə keçiriləcək.Offsideplus.az
