“Qarabağ”dan azarkeşlərə müraciətbackend

“Qarabağ”dan azarkeşlərə müraciət

“Qarabağ” “Molde”yə qarşı Norveçdə keçiriləcək oyunda komandanı dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.

KONKRET.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Qeyd edilin ki, UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Molde” (Norveç) – “Qarabağ” matçında Ağdam təmsilçisinə 737 ədəd bilet ayrılıb. Biletlər oyun günü – noyabrın 30-u yerli vaxtla saat 19:00-dan etibarən “Molde” stadionunun K sektorunun qarşısında satılacaq.

Biletin qiyməti: 400 Norveç kronu (təqribən 17,05 avro) təşkil edir. Bilet almaq istəyən şəxslərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənəd götürmək tələb olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*