“Qarabağ”ın Fransaya səfər proqramıbackend

“Qarabağ”ın Fransaya səfər proqramı

UEFA Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşacaq Ağdamın “Qarabağ” klubu oktyabrın 25-də Fransaya yollanacaq.

KONKRET.az xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

Oktyabrın 26-da Bakı vaxtı ilə saat 21:10-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 21:30-da matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant”–“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*