“Qarabağ”ın hücumçusunun zədəsi ciddi deyilbackend

“Qarabağ”ın hücumçusunun zədəsi ciddi deyil

Azərbaycan Premyer Liqasının 23-cü turunun təxirə salınmış “Qəbələ” qarşı matçda zədələnən “Qarabağ”ın forvardı Olavio Juninyonun zədəsi ciddi deyil.

KONKRET.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, braziliyalı forvard sabah da müayinədən keçəcək. Ondan sonra duruma tam aydınlıq gələcək: “Onun “Neftçi” ilə oyunda oynayıb-oynamayacağı tam bəlli deyil. Amma ümumilikdə ciddi zədəsi yoxdur”.

Qeyd edək ki, “Qarabağ” martın 3-də Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi” ilə üz-üzə gələcək. Bundan 4 gün sonra isə Ağdam klubu Avropa Liqasının 1/8 finalında “Bayer”lə (Leverkuzen) qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*