“Qarabağ”ın ulduzu komandanı tərk edə bilər
Abdullah Zubir yayda “Qarabağ”ı tərk edə bilər.
KONKRET.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, Almaniyanın “Auqsburq” və Şotlandiyanın “Seltik” klubu 32 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.
32 yaşlı oyunçu 2018-ci ildə “Lans”dan “Qarabağ”a keçib. Onun “köhlən atlar”la müqaviləsi mövsümün sonuna qədərdir.
Zubir bu mövsüm 39 oyunda 11 qol vurub, 10 məhsuldar ötürmə edib.Offsideplus.az
