“Qarabağ” “Qəbələ”yə 100-dən çox qol vurubbackend

“Qarabağ” “Qəbələ”yə 100-dən çox qol vurub

“Qarabağ” “Qəbələ” ilə çempionat oyunlarında vurulan qol sayında 100-ü keçib.

KONKRET.az xəbər verir ki, Premyer Liqanın XXIII turundan təxirə salınmış oyunadək rəqib qapısına 98 dəfə yol tapan Ağdam klubu 4:0 hesablı qələbə qazanıb.

Riçard Almeydanın penaltidən vurduğu ikinci top bu duellərdə komandasının 100-cü qolu olub. “Qarabağ” matçın sonunadək bu rəqəmi 102-yə çatdırıb. Bu, komandalar arasında 61-ci matçda baş verib.

Azərbaycan çempionatlarının 32 illik tarixində 5-ci belə hadisədir. Bunadək “Qarabağ” “Neftçi”, “Sumqayıt” və “Şamaxı” ilə görüşlərdə 100-ü keçib. “Neftçi” isə buna “Şamaxı” ilə qarşılaşmalarda nail olub:

1. “Qarabağ” – 120 (“Neftçi”)

2. “Neftçi” – 119 (“Şamaxı”)

3. “Qarabağ” – 116 (“Sumqayıt”)

4. “Qarabağ” – 107 (“Şamaxı”)

5. “Qarabağ” – 102 (“Qəbələ”)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*