Qarabağa göndərilmək üçün Rusiya sülhməramlılarından ibarət daha 22 təyyarə İrəvana endi – VİDEObackend

Qarabağa göndərilmək üçün Rusiya sülhməramlılarından ibarət daha 22 təyyarə İrəvana endi - VİDEO

“ İl-76” və “An-124” təyyarələri Rusiyaya sülhməramlı qüvvələrin Qarabağa köçürülməsi çərçivəsində bir gün ərzində Ermənistana 22 uçuş həyata keçirib və 64 ədəd avtomobil və xüsusi texnika çatdırıb.

KONKRET.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

“Ulyanovsk-Vostoçnıy aerodromundan gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin “İl-76” və “An-124” hərbi nəqliyyat təyyarələri 22 uçuş həyata keçirib. Ermənistana 64 ədəd avtomobil və xüsusi texnika, yük maşınları, tank, ekskavatorlar və digər maddi-texniki təminat avadanlığı daşınıb”,- deyə açıqlamada vurğulanıb.

Bildirilib ki, İrəvana gedən personal və texnika hərbi kolonlar şəklində ayrılaraq Dağlıq Qarabağa  doğru istiqamət götürürlər. Marşrut havadan “Mi-8” və “Mi-24” vertolyotları ilə müşayiət edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*