Qarabağa qanunsuz səfər edən əcnəbilərin sayı AÇIQLANDIbackend

Qarabağa qanunsuz səfər edən əcnəbilərin sayı AÇIQLANDI

Rusiyalı sülhməramlıların müvəqqəti olaraq məskunlaşdığı Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər edən əcnəbilərin sayı açıqlanıb.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Qarabağ separatçılarının nümayəndəsi Gevork Arakelyan açıqlayıb.

Onun sözlərinə görə, 2019-cu ildə Qarabağa təqribən 42 min əcnəbi şəxs qanunsuz səfər edib. Xarici turistlərin böyük əksəriyyəti Rusiya, ABŞ, Fransa, Almaniya, Polşa və Çindən olub.

2020-ci ildə isə Qarabağa səfər edən xarici turistlərin sayı 3016 olub.

2021-ci ildə isə həmin bölgəyə səfər edən xaricilərin sayı artaraq təqribən 4400 nəfər təşkil edib.

Arakelyan, həmçinin qeyd edib ki, cari ilin yanvar ayından aprel ayına qədər Qarabağa 1325 əcnəbi səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*