“Qarabağ”da şok itki – Uzun müddət oynamayacaqbackend

“Qarabağ”da şok itki - Uzun müddət oynamayacaq

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” şok itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun legioneri Filip Ozobiç uzun müddətliyinə sıradan çıxıb.

Məlumatı saytımıza açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiqləyib. Klub rəsmisinin sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçinin dizində sümük qırığı aşkarlanıb. Bu səbəbdən də o, uzun müddət yaşıl meydanlardan uzaq qalmalı olacaq.

Qeyd edək ki, Ozobiç ÇL-in II təsnifat mərhələsində “Dandolk”la cavab matçının ilk hissəsində zədələnmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*