Qarabağdakı ermənilərin sayı ilə bağlı dəqiq rəqəmlər – CƏDVƏLbackend

Qarabağdakı ermənilərin sayı ilə bağlı dəqiq rəqəmlər - CƏDVƏL

1988-ci ildə Yuxarı Qarabağda başlanan erməni separatizminin səbəb olduğu iki savaş nəticəsində 10 minlərlə insan həlak və bundan daha çox insan yaralanıb əlil oldu. Münaqişə ətrafında müzakirə edilən mövzulardan biri də bölgədə yaşayan insanların sayı olub. 1989-cu il sovet dönəmində aparılan əhalinin axırıncı siyahıya alınmasına görə Dağlıq Qarabağda 189 min nəfərin yaşadığı, bunlardan 145450 nəfərin erməni, 40688 nəfərin azərbaycanlı olduğu göstərilirdi. Amma bu rəqəmlər o zaman da şübhəli hesab edilirdi. Çünki 1959-1989- cu illər arasında həyata keçirilən 4 siyahıya alınma statıstikalarının müqayisəsi buna ciddi əsas verir.

Belə ki, 1959, 1970,1979 və 1989-cu illərin siyahıya alınmasına görə bölgədə yaşayan erməni və azərbaycanlıların sayı aşağıdakı kimi olub:

Cədvəldən göründüyü kimi azərbaycanlılara nisbətən az uşaqlı ailəyə malik ermənilərin sayı 1959-1979-cu illər arası 20 ildə cəmi 13 min nəfər artdığı halda, sonrakı 10 ildə- 1979-1989-cu illərdə 22.5 min nəfər artıb(?). Belə bir ciddi artımı ermənilərin bioloji imkanlarının artması və ailəni böyütmək arzuları ilə izah etmək mümkün deyil. Bundan əlavə Qarabağdan Ermənistana və ya digər yerlərə oxumağa gedən gənclərin böyük əksəriyyətinin geriyə qayıtmadığı gerçəklikliyi diqqətə alınarsa, onda “ciddi artımın” səbəbini rahat anlamaq olar.

Həmin müvafiq dövrlər üzrə 1959-1979-cu illərdə azərbycanlı əhalinin sayı18 mindən 37 minə qədər artdığı halda, 1979-dan 1989-cu ilə qədər artım cəmi 4 min nəfər olub (?). Baxmayaraq ki, həmin dövrdə yuxarı Qarabağda fövqaladə hadisə baş verməmiş, hələlik azərbaycnlılara qarşı diskriminasiya və təhdidlər açıq şəkil almamışdı. Rəqəmlərin müqayisəsindən çıxan nəticə onu göstərir ki, siyahıya alınmadakı saxtakarlıq ermənilərin separatizmə hazırlığı ilə bağlı olub.

Erməni mənbələrindəki məlumatlara görə guya 2005-ci ildə yuxarı Qarabağda yaşayan 137737 nəfərdən 137380-ni etnik ermənilər, 357 nəfər isə başqa millətin nümayəndələri təşkil edib. Baxmayaraq ki, ikinci Qarabağ savaşından fərqli olaraq birinci Qarabağ savaşında həlak olan minlərlə erməni silahlısının böyük əksəriyəti bölgə sakini idi. Bu siyahıya 90-cı illərdə Qarabağdan köçüb geri qayıtmayan minlərlə ermənini də əlavə etsək, onda qeyd edilən rəqəmin saxta olduğu ortya çıxır. Digər tərəfdən hətta bu saxta rəqəm belə ermənilərin guya Qarabağda 1500 nəfərlik rus icmasının olması təbliğatını ifşa edir (1989-cu ilin statistikasında göstərilən 1900 nəfərə yaxın rus Xankəndidəki 366-cı alayın və Hadrutdakı sərhəd dəstəsinin hərbçiləri olub ki, onlar da 1992-ci ildə bölgəni tərk ediblər). Həmin siyahıdakı 137737 nəfər ermənin 16633-nün kənardan gətirilib Şuşa, Laçın, Kəlbəcərdə yerləşdirilənlər olduğunu nəzərə alsaq, onda yuxarı Qarabağda ermənilərin sayı guya 120747 nəfər təşkil edər. Hətta bu saxta rəqəm 1989-cu ilin rəqəmindən (145500-120747=24753) təxminən 25 min nəfər azdır. Əslində Qarabağ münaqişəsi başlanan vaxt sovet rəsmi mənbələrində bölgə əhalisinin 165000 nəfər olduğu (müvafiq surətdə 120 min erməni və 45 min azərbaycanlı) qeyd edilirdi.

Qeyd olunduğu kimi ermənilər tərəfindən tirajlanan bu rəqəmlərin doğruluğu ciddi şübhə doğurur. Çünki birinci Qarabağ savaşı zamanı Ağdərənin bütün kəndləri, Hadrutun, Xocavəndin (Martuni), Əsgəranın xeyli kəndləri boşaldı və 1994-cü il atəşkəsindən sonra sakinlərin az hissəsi geri qayıtdı. Həmin kəndlərdəki evlərin əksəriyyəti bu günə qədər yaşayışa yararsız vəziyyətdə qalmaqdadır. Amma son dövrdə Rusiyanın iştirakı ilə separatçılar həmin evləri təmir edib, insanları orada yerləşdirməyə çalışır. Sülhməramlı missiya əvəzinə başqa işlərlə məşğul olan Ruslar isə hesabat verməklə məşğuldur. Guya təmir tikinti işləri aparıb, qaçqın əhalini kəndlərə yerləşdirir və tibbi yardım edir. Son olaraq onların iştirakı ilə Ağdərənin Umudlu kəndinə 5-10 nəfərin yerləşdirilməsi məlumatı yayıldı. Ermənilər özləri də bölgədəki kəndlərin boş olduğunu yazır. Bununla bərabər həmin kəndlərə 5-10 adam yerləşdirib, təbliğat xarakterli çəkiliş ararırlar.Bütün cəhdlərə baxmayaraq orada adamların qalması çətin məsələdir. Çünki onların sabaha inamları yoxdur və mövcud qeyri müəyyənliyin bitməsini istəyirlər. Bir müddət əvvəl bölgədəki ermənilər çəkiliş aparan jurnalistlərə açıq şəkildə bildirdilər ki, onların əsas problemi qeyri müəyyənliyin davam etməsi və təhlükəsizlik məsələsidir.

Məsələnin maraqlı tərəfi ermənilərin yaydığı şişirdilmiş rəqəmlərin həm özləri, həm də beynəlxalq qurumlar tərəfindən vaxtaşrı ifşa olunmasıdır. Belə ki bu ilin yanvar ayında BMT-nin yaydığı hesabatda Dağlıq Qarabağa 25 min nəfərin geri qayıtdğı bildirildi və Rusların hesabatında isə bu rəqəm 53 minə çıxardıldı. Təbliğat o həddə çatdı ki, Mart ayında ermənilər 100 min erməninin geri qayıtdığını elan etdilər. Digəri isə bu rəqəmi 120 minə çatdırdi.

Digər tərəfdən 90-cı illərin sonlarında erməni mənbələri Qarabağda 70 min insanın yaşadığını yazırdı. Amma Rusiya XİN Lavrov ermənilərdən daha uzağa gedərək mənbəyi məlum olmayan şişirdilmiş 90 min rəqəmini söylədi.

Nəzərə alınmalıdır ki, ermənilər Sovet ənənəsinə uyğun olaraq Qarabağda yerləşdirilmiş 40 min nəfərlik Ermənistan ordusunun şəxsi heyətini də əhali sayına əlavə edirək rəqəmi artırmağa çalışır.

1989-cu ilin siyahıya alınmasında göstərilən 145450 erməni sayı açıq şişirtmədir. Belə ki, o zamanlar da, indi də Qarabağdan İrəvana və xaricə oxumağa gedən gənclərin 90 faizi geri dönmədiyindən, əhalinin artımında ciddi artışdan shbət gedə bilməzdi. Bunun mütəxəssis çatışmazlığına təsiri isə ayrı mövzudur. Vəziyyət o həddə çatıb ki, Xocavəndin ermənilərin nəzarətində olan hissəsindəki rayon xəstəxanasında diş həkiminin olmadığı tekrar-tekrar elan edilir və vədlərlə ora həkim çağırılır.

Əslində isə ermənilərin 1989-cu ildə 145450 rəqəmini haradan götürdüyü bəllidir. Onlar “Arsak” dediyi ərazilərə Goranboyun Ağcakənd ərazisi (keçmiş şaumyan rayonu) və Göygöl rayondakı erməni kəndlərini də daxil etdiklərindən, orada yaşayan 17 min nəfəri siyahıya əlavə edərək 145450 rəqəmini ortaya çıxarıblar. Həmin 17 min nəfər erməni faktiki olaraq iki dəfə-ölkə və vilayət iqyasında- siyahiya alınıb.

İkinci Qarabağ savaşı ərafəsində yuxarı Qarabağda 60-65 min erməninin yaşadığı məlumatları yayılırdı. Amma bir neçə gün əvvəl separatçıların başçısı Arayik Arutunyan bölgədəki erməni əhalinin sayını dəqiq rəqəmlə ifadə etdi: “Bizim ən böyük səhvimiz odur ki, imkanlarımızın olmasına baxmayaraq, 13 iyun 1992-ci ildə Şaumyandan (Ağcakənd), sonra Mardakertdən (Ağdərə), Əsgəran, Hadrut və Martuninin (Xocavəndin) bəzi kəndlərindən qovulan ermənilərin müdafiəsinə qalxıb yerləşdirə bilmədik və 50 mindən çox erməni Qarabağı tərk etdi. İndi Qarabağın əhalisinin 45 min deyil, 200 mindən çox olmamasının səbəblərindən biri budur. Şaumyan əhalisinin ancaq 10%-i Qarabağda qaldı ”.

Bu çıxışla Arutunyan həm özünü sığortalamağa çalışdı, həm də əslində boş xülyalarla yaşayan erməni cəmiyyətinə mesaj verdi ki, əgər əvvəlki əlverişli vəziyyətdə istədiyimizə nail ola bilmədiksə, son savaşdan sonra yaranmış reallıqlar durumu tamamilə dəyişib Hazırda Qarabağda yaşayanların sayı ilə bağlı dəqiq rəqəmi ən məlumatlı ağızdan yayılması saxta erməni təbliğatının növbəti ifşası oldu. Bu məlumat Azərbaycanın atacağı addımlar üçün vacib element sayıla bilər.

Yayılan məlumatlar və videolardan da göründüyü kimi hazırda yuxarı Qarabağda qalan həmin 45 min nəfərin əksəriyyəti imkansız yaşlı insanlardır. Bu insanlar həm də 30 ildir bölgədəki terrorçu separatçıların və Ermənistanın siyasi-hərbi rəhbərliyinin girovu durumundadır. Məntiqlə bu durumdakı insanlar 30 illik savaşın nəticəsi və gələcəkləri baxımdan Azərbaycanın onlara sahib çıxmasını gözləyir. Əgər yaxın gələcəkdə bölgədəki terrorçular təmizlənib, həmin ərazilərdə Azərbaycanın suverenliyi bərpa olunarsa, bu insanlar rahatlayar və gələcəkləri təminat altına alınar.

Oqtay Qasımov,

eks-prezident Əbülfəz Elçibəyin köməkçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*