Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat verilməsi vacibdir – Blinkenbackend

Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat verilməsi vacibdir - Blinken

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Qarabağ sakinlərinin təhlükəsizliyinə təminat verilməsinin vacibliyini qeyd edib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında bildirilir.

Blinken Azərbaycanın Qarabağda növbəti antiterror tədbirlərindən çəkinməsi və humanitar yardımların maneəsiz çıxışını təmin etməsinin vacibliyini qeyd edib.

“O, Qarabağ sakinlərinə öz evlərində təhlükəsiz yaşaya biləcəkləri və hüquqlarının müdafiəsi ilə bağlı təminat verməyə çağırıb”, – Miller deyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*