Qaxda ağır yol qəzası – 7 nəfər xəsarət aldıbackend

Qaxda ağır yol qəzası - 7 nəfər xəsarət aldı

Qaxda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Qax rayonu Qarabaldır kəndi ərazisindən keçən hissəsində qeydə alınlb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində biri azyaşlı olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan biri – yaşyarımlıq uşaq müayinə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Digər yaralıların müayinəsi Qax RMX-da aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*