Qaxda avtomobil traktorla toqquşdu – ölən varbackend

Qaxda avtomobil traktorla toqquşdu - ölən var

Noyabrın 1-i saat 05 radələrində Qax şəhəri ərazisində Səbuhi Poladovun idarə etdiyi “Niva” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində “Niva” markalı avtomobildəki sərnişin, 1975-ci il təvəllüdlü, Qax şəhər sakini Qocayev Coşqun Oktay oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*