Qaydasız döyüş ustası Ferqyuson CƏZALANDI – SƏBƏBbackend

Qaydasız döyüş ustası Ferqyuson CƏZALANDI - SƏBƏB

UFC-nin yüngül çəkidə keçmiş müvəqqəti çempionu amerikalı Toni Ferqyuson sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə şərti cəza alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Sportskeeda məlumat yayıb.

Məlumata görə, idmançıya 1 il şərti cəza verilib.

Hadisə mayın 7-də Los-Ancelesdə qeydə alınıb. Ferqyusonun maşını gecə klubunun qarşısında dayanan avtomobillərə çırpılaraq aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, dekabrın 15-də Ferqyuson UFC 296-da britaniyalı Peddi Pimblettlə döyüşəcək.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*