Qazaxıstan Nazarbayevlə bağlı maddəni cinayət məcəlləsindən ÇIXARIRbackend

Qazaxıstan Nazarbayevlə bağlı maddəni cinayət məcəlləsindən ÇIXARIR

Qazaxıstan Parlamenti Məclisinin (aşağı palatası) deputatları Cinayət Məcəlləsindən respublikanın birinci prezidenti Nursultan Nazarbayevi təhqir etməyə görə məsuliyyət maddəsinin çıxarılmasını nəzərdən keçirir.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin deputatı Snejanna İmaşeva bildirib.

Onun sözlərinə görə, düzəliş texniki xarakter daşıyır.

O bildirib ki, dəyişiklik 2022-ci ilin iyununda Elbası (millət lideri) haqqında müddəanın əsas qanundan çıxarılması ilə bağlıdır.

“Elbası statusu artıq mövcud deyil, ona görə də cinayət məsuliyyətinə ehtiyac yoxdur və tətbiq edilməyəcək”, – deyə deputat bildirib.

Qeyd edək ki, Nursultan Nazarbayev 1989-cu ilin iyunundan 2019-cu ilin martına qədər Qazaxıstanın lideri olub. 2010-cu ildən o, Qazaxıstan Respublikasının ilk Prezidenti – Elbası rəsmi titulunu daşıyır.

2023-cü ilin fevralında Qazaxıstan Prezidenti  Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası (Millət Lideri) haqqında” qanunun qüvvədən düşmüş hesab edildiyi fərman imzalayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*