Qazaxıstanda Prezident Administrasiyasının strukturu DƏYİŞDİbackend

Qazaxıstanda Prezident Administrasiyasının strukturu DƏYİŞDİ

Qazaxıstan lideri Kasım-Jomart Tokayev Prezident Administrasiyasının strukturunun yenidən təşkili haqqında fərman imzalayıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu sənədə uyğun olaraq, Administrasiyanın yenilənmiş strukturuna aşağıdakılar daxildir:

  • ▪️Prezident Administrasiyasının rəhbəri;
  • ▪️Təhlükəsizlik Şurasının katibi;
  • ▪️Prezident Aparatının rəhbəri;
  • ▪️ Prezidentin köməkçiləri;
  • ▪️Prezidentin müşavirləri;
  • ▪️Prezident Administrasiyasının şöbələri.

Sərəncama əsasən, Prezidentin köməkçilərinin vəzifələri müəyyən edilir:

  • – daxili siyasət və kommunikasiyalar üzrə;
  • – iqtisadi məsələlər üzrə;
  • – beynəlxalq məsələlər üzrə;
  • – hüquqi məsələlər üzrə;
  • – elm və innovasiya üzrə.

Belə ki, Prezident Administrasiyası rəhbərinin müavinlərinin vəzifələri ləğv edilib. Administrasiyanın 4 şöbəsi də ixtisar edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*