Yanvarın 30-da Vaşinqtonda qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqlarının Potomak çayının dibindən qaldırılması prosesi yanvarın 31-də davam etdiriləcək.
KONKRET.az “NBC” tekeviziya kanalına istinadən xəbər verir ki, bu barədə Kolumbiya Dairəsinin Yanğın və Təcili Tibbi Yardım Departamenti məlumat yayıb: “İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dalğıclarımız bütün əlçatan əraziləri araşdırıblar. Yanvarın 31-də dalğıclar Milli Nəqliyyatın Təhlükəsizliyi Şurası ilə birlikdə təyyarə hissələrinin yerini tapmaq, təhqiqata kömək etmək və bərpa işlərinə başlamaq üçün əlavə axtarış əməliyyatları aparacaqlar”, – deyə məlumatda bildirilir.
Vəli Həsənoğlu,
KONKRET.az