Belə icra başçısı olar? Bu nə geyimdir? – Fotobackend

Belə icra başçısı olar? Bu nə geyimdir? - Foto

Balakən rayonunun icra başçısı Natiq Ağayevin seldən zərər görmüş əraziləri “işçi geyim”də gəzməsi sosial şəbəkələrdə təqdir edilib.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri hətta zarafatla “Belə də icra başçısı olar?” deyə, başçının “qalstuksuz görünməsinə” diqqət çəkiblər.

Qeyd edək ki, Balakən şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən mənbələr seldən ciddi zərər görüb, su boruları zədələnib. Hazırda təmir işləri görülür.

İH-in ötən gün yaydığı məlumatda icra başçısının “rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ilə” su mənbələrini gəzdiyi, təmirlə tanış olduğu “fəsadların tez bir zamanda aradan qaldırılması, əhalinin içməli su ilə təminatının həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələr verdiyi” bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*