65 saniyəyə uduzan Makqreqordan çağırışbackend

65 saniyəyə uduzan Makqreqordan çağırış

Mütləq Döyüş Çempionatının (UFC) sabiq çempionu, irlandiyalı idmançı Konor Makqreqor ABŞ-li Maks Holloueylə baş tutan qarşılaşmasının ləğv edilərək baş tutmamış hesab olunması üçün çağırış edib.

KONKRET.az xəbər verir ki, döyüşçü bu barədə özünün “Instagram” səhifəsində paylaşım edib.

“Bəzi xəbərlərim var. Əvvəla, sabah ayağımın rentgen cavablarını götürəcəyəm, – deyə o qeyd edib. – İkincisi isə, qarşılaşma baş tutmamış hesab olunmalı və edilən bütün mərclər sahiblərinə qaytarılmalıdır”.

Qeyd edək ki, ABŞ-nin Nevada ştatındakı Las-Veqas şəhərində təşkil edilən UFC turnirində Makqreqor Holloueyə məğlubiyyətlə üzləşib. İrlandiyalı idmançı 65 saniyə içində texniki nokautla uduzaraq, elə ilk saniyələrdəcə dizindən xəsarət alıb və matçı davam etdirmək imkanından məhrum olub. Döyüşdən sonra UFC prezidenti Deyna Uayt Makqreqorun dizinin ön çarpaz bağından zədələndiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*