Rusiyalı aktyor və aparıcı Nikolay Fomenko inzibati cəzanı yerinə yetirməkdən imtina etdiyinə görə cərimələnə və ya həbs oluna bilər.
KONKRET.az xəbər verir ki, bu barədə fontanka.ru yazıb.
Məlumata görə, Moskvada məhkəmə Nikolay Fomenko barəsində inzibati işi araşdıracaq. O, inzibati cəzanın icrasından yayınmaqda ittiham olunur.
Məhkəmə iclası iyulun 30-na təyin olunub. Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.25-ci maddəsinin 1-ci hissəsinə əsasən, cəza olaraq cərimə, məcburi işlər və ya 15 sutkayadək inzibati həbs nəzərdə tutulur.
Əvvəlki illərdə Fomenko inzibati cərimələri ödəmədiyinə görə dəfələrlə cərimələnib. Sonuncu hallardan bəziləri pullu parklanma qaydalarının pozulması ilə bağlı olub.\\Oxu.Az
