Səfər ayında toy etmək olar? İlahiyyatçı DANIŞDIbackend

Səfər ayında toy etmək olar? İlahiyyatçı DANIŞDI

Səfər ayında toy etməyin uğursuz sayılması ilə bağlı inanc uzun illərdir cəmiyyətdə müzakirə olunur. Elə bu səbəbdən də bəzi ailələr bu ayda nişan və toy mərasimlərini təxirə salmağa üstünlük verir.

Bəs bu yanaşmanın İslam dinində hər hansı əsası varmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində Səfər ayının uğursuz hesab olunması ilə bağlı heç bir dini əsas yoxdur.

Sənəd üçün hicabsız foto fələbi: Dini qadağa | KONKRET

Onun sözlərinə görə, Səfər ayı digər aylar kimi adi aydır və bu dövrdə insanların xeyirli işlərlə məşğul olması tövsiyə edilir:

“O cümlədən övlad evləndirmək, nişan və nikah kimi xeyirli işlər də bu qəbildəndir. Ümumiyyətlə, İslam dinində ayların və ya günlərin uğursuz olması anlayışı yoxdur.

Bəziləri sonradan dinə müəyyən xurafatlar, mövhumatlar qarışdırıb fərqli ayinlər icad ediblər. Bunların İslam dininə heç bir aidiyyəti yoxdur.”

Tural İrfan vurğulayıb ki, İslamda “matəm ayları” anlayışı da mövcud deyil. Onun sözlərinə görə, dinə görə yalnız insan vəfat etdikdən sonra üç gün yas saxlamaq qaydası var:

“İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin xatirəsini hər zaman yad etmək lazımdır. Lakin bu, qara matəm aksiyası və ya siyasi mitinq xarakteri almamalıdır. Məhərrəm və Səfər aylarında keçirilən bəzi mərasimlərdə ibadət və duadan daha çox xurafat və şiddət nümayiş olunur. Özünü döymək insana qarşı zorakılıqdır və bu, haramdır. İnsan bədəni Allahın əmanətidir.”

Ekspert hesab edir ki, İmam Hüseynin xatirəsini yad etməyin ən doğru yolu ehsan vermək, insanlara fayda göstərmək, dua etmək, şəhidlərin məzarlarını ziyarət edib Quran oxumaqdır.

İlahiyyatçı bir daha vurğulayıb ki, Səfər ayını uğursuz və ya yas ayı hesab etmək dini baxımdan doğru deyil:

“Səfər ayını yas və ya uğursuz ay adlandırmaq dinə ziddir. Belə bir inancın İslamda heç bir əsası yoxdur. Quranda və İslamın əsas mənbələrində bununla bağlı heç bir göstəriş yoxdur. Yas müddətinin uzadılması da dini baxımdan vacib sayılmır. Bu cür yanaşmalar daha çox sonradan formalaşmış ənənələrdən qaynaqlanır.”

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*