Qəzza zolağına edilən hücumlarda daha bir jurnalist həyatını itirib.
KONKRET.az xəbər verir ki, bu haqda Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.
Məlumatda Qəzzaya hücumların başlandığı 7 oktyabrdan bu yana öldürülən jurnalistlərin sayının 138-ə yüksəldiyi qeyd olunub.
Belə ki, Məhəmməd Əbu Sahil adlı fələstinli jurnalist Şifa xəstəxanasına hücum zamanı həlak olub.