“Bu ailələrə uşaqpulu, azı 4 uşağı olanlara isə…” – Yeni məsələ gündəmdəbackend

“Bu ailələrə uşaqpulu, azı 4 uşağı olanlara isə…” – Yeni məsələ gündəmdə

Azərbaycanda doğum göstəricilərində azalma müşahidə olunur. Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk beş ayında ölkədə 34 056 körpə dünyaya gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 780 nəfər azdır. Demoqrafik göstəricilərdəki bu dəyişiklik cəmiyyət üçün mühüm suallar yaradır.

Doğum sayının azalmasının ölkə üçün hansı sosial və iqtisadi fəsadları ola bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı deyib ki, bir sıra demoqrafik göstəricilər – doğum sayının azalması, nikahların pozulması, gənclərin ailə qurma yaşının yüksəlməsi və ailələrdə uşaq sayının azalması dövlətin demoqrafik təhlükəsizliyi üçün ciddi təhdid yaradır:

“Ümumiyyətlə, bu məsələyə yalnız əhali artımı prizmasından yanaşmaq düzgün deyil. Burada həm iqtisadi, həm sosial, həm də birbaşa dövlət təhlükəsizliyi ilə bağlı məqamlar var. Bir dövlətin mövcudluğunu davam etdirməsi və inkişafı üçün əhalisi artmalı, yeni ailələr qurulmalı, dünyaya uşaqlar gəlməlidir. Dövlət də bu prosesi təşviq etməlidir. Dünyanın bütün normal dövlətləri – istər böyük, istərsə də kiçik ölkələr bu məsələyə ciddi yanaşır. Əhali artımının təmin edilməsi, ailə institutunun möhkəmləndirilməsi və sağlam cəmiyyətin formalaşdırılması üçün müxtəlif dövlət proqramları həyata keçirilir. Gənc ailələrin dəstəklənməsi, doğumun stimullaşdırılması, boşanmaların azaldılması istiqamətində psixoloji dəstəkdən tutmuş sosial və iqtisadi təşviqlərə qədər müxtəlif mexanizmlər tətbiq olunur. Ona görə də dövlət bu məsələyə sadəcə ailənin şəxsi işi kimi yanaşmamalıdır”.

T.Abbaslının fikrincə, bəzi dövlət məmurlarının və ya ictimai xadimlərin səsləndirdiyi “baxa bilmirsənsə, uşaq dünyaya gətirmə” fikri çox bəsit və yanlış yanaşmadır:

“Uşağın dünyaya gəlməsi təkcə ailənin deyil, həm də dövlətin, onun gələcəyinin və təhlükəsizliyinin məsələsidir. Biz AĞ Partiya olaraq bu istiqamətdə dəfələrlə müxtəlif təkliflərlə çıxış etmişik. Məsələn, uşaqpulunun bərpasının tərəfdarıyıq. Eyni zamanda hesab edirik ki, çoxuşaqlı ailə anlayışı yenidən nəzərdən keçirilməlidir. Hazırda bu status beş və daha çox uşağı olan ailələrə şamil edilir. Biz isə bunun üç və daha çox uşağı olan ailələrə də aid edilməsini təklif edirik. Bundan əlavə, dörd və daha çox uşağı olan ailələrin dövlət tərəfindən mənzillə təmin olunmasını, uşaqların müəyyən yaşa qədər qidalanma və geyim xərclərinin dövlət tərəfindən qarşılanmasını məqsədəuyğun hesab edirik. Belə addımlar ailələri daha çox uşaq sahibi olmağa həvəsləndirə bilər”.

Tural Abbaslı deyib ki, lazımi tədbirlər görülməsə və doğum göstəriciləri əhalinin özünü bərpa etməsi üçün tələb olunan həddən aşağı düşərsə, geri dönüşü çox çətin olan demoqrafik proseslər başlaya bilər:

“Bu, yalnız dövlət üçün deyil, ümumilikdə xalqımızın gələcəyi üçün ciddi risk yaradar. Bunlar heç də mif və ya fərziyyə deyil. Demoqrafik risklər statistik göstəricilər və elmi araşdırmalarla təsdiqlənmiş reallıqlardır. Ona görə də dövlət bu problemə ciddi yanaşmalı, qanunvericilik səviyyəsində və stimullaşdırıcı mexanizmlərlə bağlı qərarlar qəbul etməlidir. Demoqrafik siyasəti yalnız ailələrin öhdəsinə buraxmaq olmaz. Dövlət bu prosesdə fəal iştirak etməlidir”.

  • Zaxur
    İyul 22, 2026 - 20:20

    Nə iş yerləri var, nə də uşaq pulu , heç kəs özünü çətinə salmaq istəməz, amma Sovet dövründə həm iş yerləri həm uşaq pulu var idi…yəqin müstəqillik belə olur….

  • Tahir
    İyul 23, 2026 - 07:15

    Müstəqilliyin ilk illərində bəhanə var idi ki,hələ təzə ayaq açan körpəyik,gələcəkdə hər şey yaxşı olacaq.Bəs hanı o yaxşı deyilənlər.

  • elnur
    İyul 23, 2026 - 07:40

    me qederki icimizde ermeni var unudun usaq pullarini!

  • elnur
    İyul 23, 2026 - 07:51

    deputat demisdi usaq pulu o olekede verilirki orda usaq dunyaya gelmir!!

  • Cabir
    İyul 23, 2026 - 08:07

    Azerbaycan’ın nəslin qırdılar.

  • Thmz
    İyul 23, 2026 - 09:43

    Azərbaycanda lazımi səviyyədə iş yerlərinin olmaması səbəbindən insanlar evlənmir. Olan iş yerlərində 400 / 500 AZN maaş verilir. Bu da ailəni saxlamaq üçün yetərli deyil.

  • ŞAHİN XƏLİLBƏYLİ
    İyul 23, 2026 - 12:25

    Uşaq pulu verilməsinə çıxanları təbrik edık .Əhali azalır uşaqlar azalır..Dövlət Gənc Ailələr üçün nə edir???Cərimə iş deyil.Rusiya modeli var.Öyrənsinlər,kim mane olur?bu geşilə 20ilə əhali 5milyon olacaq.Azalma dəhşətdi.

    • elnur
      İyul 23, 2026 - 15:34

      duzdu sonu hec yaxsi getmir bu isderin
      melimlerde getdi mezuniyete olar gelmese isler duzelmeyecey))))

  • Rəna
    İyul 23, 2026 - 12:43

    Bizdə 4 uşaqdır evimiz yetmir bizə ev ussaqpulu olsa yaxşı olar

  • Pervin
    İyul 23, 2026 - 14:46

    Uwaqpulu verilmir,her wey odu bahasina,iw yerleri yoxdu,cavanlar evlenmir ki aileni neyle saxlayim ,pensiye yawi artır,bes bu camaat neylesin?ona göre de uwaqlarin sayi azalir,bowanmalar artır.

  • Samir
    İyul 23, 2026 - 17:03

    Bizdə işlərlə müzakirə edirlər amma təsüf edirəm bu hələ yolu deyil

  • Turalə Məmmədova
    İyul 23, 2026 - 20:42

    4 uşaqım var

  • Ayla
    İyul 24, 2026 - 07:58

    Uşaq pulu verilməsini qəbul etmirlər çünki özlerine serf eləmir, niye camaata boş yerə pul verək deyirlər, özlərinin yediklerinden xəbərləri yox.
    Nəinki 3 ve daha çox uşaqlı ailələr, 1 uşaqlı ailə belə əgər aztəminatlıdırsa o uşağın nə sağlam böyüməyi, nədə sağlam gələcəyi olmuyacaq. Siz ele oturduğunuz yerde fırlanın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*