Ankara təəccüb içində: ABŞ Türkiyəyə rədd cavabı verdibackend

Ankara təəccüb içində: ABŞ Türkiyəyə rədd cavabı verdi

Türkiyə hələlik ABŞ-ın beşinci nəsil F-35 qırıcılarının istehsal proqramına qayıda bilməyəcək. Vaşinqton və Ankara arasında münasibətlərdə yumşalma müşahidə olunsa da, Donald Tramp administrasiyası hüquqi maneələrin hələ də qüvvədə qaldığını bildirib. Əsas maneə kimi Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemi göstərilir.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi məktubda qeyd olunub.

The Jerusalem Post nəşrinin tanış olduğu sənəd 22 iyul tarixində konqresmen Uesli Bellin sorğusuna cavab olaraq təqdim edilib.

Məktubda vurğulanır ki, ABŞ-ın Türkiyənin F-35 proqramındakı iştirakına dair siyasəti dəyişməyib. Ankara ABŞ qanunvericiliyinin tələblərini tam yerinə yetirməyənədək ölkəyə heç bir F-35 təyyarəsi təhvil verilməyəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*