Ekspertlər süni intellekt təhdidlərinin reytinqini tərtib ediblər.
KONKRET.az xəbər verir ki, süni intellekt əvvəlcə “Anthropic” dən, sonra isə OpenAI-dən “qaçdıqdan” sonra təhlükəsizlik məsələsi ön plana çıxıb və ekspertlər həmfikirdirlər ki, məhz nəzarətsiz süni intellektdən istifadə dağıdıcı imkanlarla əsas təhlükə yarasa bilər.
Onun ehtimalı istənilən ssenari zamanı 10% qiymətləndirilir. Əgər heç nə məhdudlaşdırılmasa və tənzimlənməsə, bu rəqəm 20%-i keçir. Bu, dünyanın aparıcı texniki ali məktəblərindən biri olan Massaçusets Texnologiya İnstitutunun laboratoriyası tərəfindən 272 süni intellekt eksperti arasında keçirilən sorğudan bəlli olub.
Onlar 24 riskdən ibarət reytinq tərtib ediblər və hər biri üçün 2030-cu ilə qədər katastrafik hadisələrin baş vermə ehtimalını müəyyənləşdiriblər. Genişmiqyaslı zərər dedikdə, məsələn, 1 milyondan çox insanın həlak olması, 100 milyard dollardan çox iqtisadi zərər və ya demokratik normaların və ya şəxsi həyat toxunulmazlığı hüququnun süqutu kimi sivilizasiya miqyaslı qeyri-maddi nəticələr nəzərdə tutulub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
