Son illər Azərbaycanda doğum göstəricilərinin azalması artıq təkcə statistik rəqəm deyil, ölkənin uzunmüddətli demoqrafik, iqtisadi və sosial inkişafı baxımından strateji çağırış kimi qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, globalinfoaz-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki,Əhalinin yaş strukturunda baş verən dəyişikliklər, nikah yaşının yüksəlməsi, şəhərləşmənin sürətlənməsi, yaşayış xərclərinin artması və gənc ailələrin iqtisadi gözləntilərinin dəyişməsi doğum səviyyəsinə təsir göstərən əsas amillər sırasındadır. Məhz buna görə də son aylarda uşaqpulunun bərpası, çoxuşaqlı ailələr üçün sosial təminatların genişləndirilməsi, dörd və daha çox uşağı olan ailələrin mənzillə təmin edilməsi kimi təkliflər yenidən ictimai müzakirələrin mərkəzinə çıxıb.
Lakin əsas sual budur: bu tədbirlər həqiqətən doğum səviyyəsini artıra bilərmi?
Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əksəriyyəti son onilliklərdə oxşar problemlə üzləşib. Maraqlıdır ki, yüksək gəlirli ölkələrdə belə ailələrə ayrılan böyük maliyyə dəstəyi doğum göstəricilərini əvvəlki səviyyəyə qaytara bilməyib. Deməli, problem təkcə pul məsələsi deyil, insanların həyat tərzində və sosial davranışında baş verən dəyişikliklərlə bağlıdır.
Fransa uzun illərdir Avropada ən güclü ailə siyasətinə malik ölkələrdən biri hesab olunur. Burada ailələrə aylıq uşaq müavinətləri verilir, vergi güzəştləri tətbiq edilir, uşaqlar üçün geniş dövlət bağçaları şəbəkəsi fəaliyyət göstərir, analıq və atalıq məzuniyyətləri kifayət qədər uzundur. Bunun nəticəsində Fransa uzun müddət Avropa İttifaqında ən yüksək doğum göstəricilərindən birini qoruyub saxlaya bilmişdi. Lakin son illərdə hətta Fransada belə doğum səviyyəsi azalmağa başlayıb. Bu fakt göstərir ki, ən geniş sosial dəstək paketi belə demoqrafik meylləri tam dəyişə bilmir, sadəcə azalma sürətini zəiflədə bilir.
Skandinaviya ölkələri də maraqlı nümunədir. İsveç, Norveç və Finlandiyada ailələrə dövlət tərəfindən geniş sosial təminatlar təqdim olunur. Valideynlər uzunmüddətli ödənişli məzuniyyət hüququna malikdirlər, dövlət bağçaları yüksək keyfiyyətlidir, qadınların əmək bazarına qayıtması üçün geniş imkanlar yaradılıb. Buna baxmayaraq, son illərdə bu ölkələrdə də doğum səviyyəsi əhalinin özünü bərpa etməsi üçün tələb olunan həddən aşağı düşüb. Bu isə göstərir ki, rifahın yüksək olması avtomatik olaraq doğum artımı yaratmır.
Ən maraqlı nümunələrdən biri Cənubi Koreyadır. Bu ölkə son iyirmi ildə doğum səviyyəsini artırmaq məqsədilə yüz milyardlarla dollar həcmində proqramlar həyata keçirib. Gənc ailələrə birdəfəlik ödənişlər, aylıq müavinətlər, mənzil subsidiyaları, uşaq bağçası güzəştləri təqdim olunub. Buna baxmayaraq, dünyanın ən aşağı doğum göstəricisi məhz Cənubi Koreyada qeydə alınır. Səbəb odur ki, yüksək mənzil qiymətləri, ağır iş rejimi, uşaqların təhsil xərclərinin çox olması və gənclərin karyera prioritetləri maliyyə təşviqlərinin təsirini əhəmiyyətli dərəcədə azaldır.
Macarıstan isə fərqli model tətbiq edib. Burada dörd və daha çox uşaq böyüdən analar ömürlük gəlir vergisindən azad edilir, çoxuşaqlı ailələrə faizsiz kreditlər və mənzil dəstəyi təqdim olunur. Bu tədbirlər müəyyən dövrdə doğum göstəricilərində müvəqqəti artım yaratsa da, sonrakı illərdə artımın davamlı olmadığı müşahidə edildi. Deməli, maliyyə təşviqləri müəyyən təsir göstərsə də, uzunmüddətli demoqrafik dönüş yaratmaq üçün kifayət etmir.
Bu beynəlxalq nümunələr Azərbaycana da mühüm mesaj verir. Əgər məqsəd yalnız doğum statistikasını qısamüddətli dövrdə yaxşılaşdırmaqdırsa, uşaqpulunun bərpası müəyyən müsbət təsir göstərə bilər. Xüsusilə aztəminatlı ailələr üçün aylıq müavinətlər uşaqların saxlanması ilə bağlı gündəlik xərclərin bir hissəsini kompensasiya edə bilər. Lakin orta gəlirli ailələrin qərarlarına təsir edən əsas amillər fərqlidir. Onlar daha çox mənzil problemi, sabit gəlir, inflyasiya, uşaqların gələcək təhsili, keyfiyyətli səhiyyə və məşğulluq imkanlarını nəzərə alırlar.
Azərbaycanda mənzil məsələsi xüsusilə ön plana çıxır. Gənc ailələrin əhəmiyyətli hissəsi ipoteka krediti əldə etməkdə çətinlik çəkir və ya uzun illər kirayədə yaşamağa məcbur olur. Bu şəraitdə ikinci və ya üçüncü uşaq barədə qərar təxirə salınır. Buna görə də ailə siyasətinin tərkib hissəsi kimi əlçatan mənzil proqramlarının genişləndirilməsi doğum səviyyəsinə maliyyə müavinətlərindən daha güclü təsir göstərə bilər.
Dörd və daha çox uşağı olan ailələrin mənzillə təmin olunması ideyası sosial baxımdan müsbət görünür. Lakin bu təşəbbüsün praktik tərəfi də diqqətlə hesablanmalıdır. Belə proqram yalnız şəffaf meyarlar, dəqiq maliyyə planlaması və uzunmüddətli büdcə öhdəliyi əsasında həyata keçirilə bilər. Əks halda, növbələrin uzanması və gözləntilərin doğrulmaması sosial narazılıq yarada bilər.
Uşaqpulunun bərpası məsələsində də eyni yanaşma vacibdir. Əgər müavinət bütün uşaqlara universal qaydada ödənilərsə, dövlət büdcəsinə düşəcək yük kifayət qədər böyük olacaq. Buna görə də bir çox ölkələr ünvanlı modeli seçirlər. Yəni aşağı gəlirli ailələr, çoxuşaqlı ailələr, əlilliyi olan uşaqlar və ya müəyyən yaşa qədər uşaqlar üçün daha yüksək sosial dəstək tətbiq edilir. Belə model həm büdcə baxımından daha səmərəli hesab olunur, həm də sosial ədalət prinsipinə daha çox uyğun gəlir.
Demoqrafik siyasətin uğuru yalnız sosial müavinətlərlə ölçülmür. Ən uğurlu ölkələrin təcrübəsi göstərir ki, ailə siyasəti məşğulluq, təhsil, səhiyyə, mənzil, vergi güzəştləri, qadınların əmək bazarında iştirakının dəstəklənməsi və uşaqlara qulluq xidmətlərinin inkişafı ilə birlikdə həyata keçiriləndə daha yaxşı nəticə verir. Başqa sözlə, insanlar yalnız uşağa görə verilən müavinəti deyil, həmin uşağın 20 il sonrakı həyat perspektivini də qiymətləndirirlər.
Azərbaycanda da uzunmüddətli demoqrafik strategiya məhz bu prinsiplər üzərində qurulmalıdır. Uşaqpulunun bərpası, çoxuşaqlı ailələrə əlavə güzəştlər və mənzil proqramları bu strategiyanın mühüm elementləri ola bilər. Lakin bunlar iqtisadi sabitlik, yeni iş yerlərinin yaradılması, əlçatan ipoteka, məktəbəqədər təhsil müəssisələrinin artırılması, keyfiyyətli səhiyyə və ailələrin sosial rifahını yüksəldən digər islahatlarla tamamlanmalıdır.
Nəticə etibarilə, beynəlxalq təcrübə göstərir ki, doğum göstəricilərinin azalmasının qarşısını almağın sadə resepti yoxdur. Heç bir ölkə təkcə pul ödəməklə bu problemi tam həll edə bilməyib. Lakin düzgün qurulmuş kompleks ailə siyasəti demoqrafik geriləməni yavaşlada, ailələrin sosial rifahını yüksəldə və gənclərin uşaq sahibi olmaq qərarını daha inamla verməsinə şərait yarada bilər. Azərbaycan üçün də əsas məsələ birdəfəlik populist qərarlar deyil, uzunmüddətli, maliyyə baxımından dayanıqlı və insan mərkəzli demoqrafik strategiyanın formalaşdırılmasıdır.

Mənim 3evladim var imkanım yoxdu saxlamaqla uşaq pulu verilse çox yaxşı olar
Mənim 4 övladım var, onların maddi təminatını nəqədər çox çalışsamda yenə çatdıra bilmirəm, amma uşaqpulu verilsə heçolmasa onların müəyyən qədər xərclərinin bir hissəsinə kömək olar, onagörə uşaqpulu vacibdir.
Mən tək anayam 4uşağım(3qlz,1oğlan)var.heç cür dolana bilmirik.işdə tapa bilmirəm yaxın ərazidə.kömək edən yoxdu.sosiala müraciət etmişəm yoxlama gəlmir avto təyinatdan verə bilərlər etmirlər gecikdirirlər.vəziyət çətindi.çox yaxşı olar uşaq pulu verilə köməklik ola.
Mənim 4 övladım var, onların maddi təminatını nəqədər çox çalışsamda yenə çatdıra bilmirəm, amma uşaqpulu verilsə heçolmasa onların müəyyən qədər xərclərinin bir hissəsinə kömək olar, onagörə uşaqpulu vacibdir.
5 uşağım var uşağın yeməyini ala bilmirəm
vala 4 övladım var həqətən cətindi saxlamaq tək yoldaşım işləyir oda 600 alır uşağ pulu verilsə cox yaxsi olar
Menim dord evladim var menim imkanim yoxdu usaq saxlamaqa
Salam mənim3 övladım var sosyal durumunuz cox asagidi . sosyal yardim alirdim kicik övladımın 8 yasi tamam olanda kəsildi nece dovlət qurumuna müraciət etmişəm is ucun deyiblərki” bos vakansiya yeri olanda xeber vereciyik” artıq 4 ildi bu sozu eşidirəm 2 oğlum var esgerliyinə az qalib ac qalmaqdan gözlərinin ici sarlib balalarimim yasidlaruna baxib utanirlarki ana niye bizim evimiz yoxdu pulumuz yoxdu yanlarında boynumu bukurem hecnə deye bilmirem ozumdə çol işinə gedirem catdira bilmirem xais edirem usaxpulu verilsin
Sizin qeyd etdiyiniz müzakirəyə əsasən çox uşaqlı ailələrə ehtiyac var deyirsiniz,tam tersi demek olar ki,tek uşaqlı aileler yeniden uşaq dünyaya gətirmək istəməyib bir uşaqla kifayətlənirlər,niye çunki maddiyyatı düşünür.Toplum ise deyirki,tek uşağı saxlamağa ne var ele imkanı yoxdur ki,artım etmirde.Belece zamanla ümumiyyətlə övlad dünyaya gətirmək istəmirlər.Çox uşaqlı aileler imkan yoxdursa uşaq sayı artır.İndi bunu necə başa düşək? Biri imkan yoxdur artım etmir,biridə imkan yoxdur artım edir, ancaq yenede tek uşaqli imkanli sayılır niye? O qədər tek uşaqli aileler var çörək bele tapmırlar,zülm çekirler.Bes iki uşaqlı ailə onlar uşaq deyil? Tam məntiqsiz yanaşma.Usaq uşaqdir.Sayi neçə olursa biri digərinin haqqın yememelidir 18 yaşa kimi eyni hüquqları olduğu kimi haqqlarıda eynidir.Sadece düzgün bölgü edin.Sosial müavinət verirsiz ona ehtiyacı olanlardan çox olmayanlar alır.
Menim de 4 evladim var sosial yardım verilmir. İki esger böyudureç iki esger annasi böyudureç. Devlet kömek etmelidi
Uşaq pulu verilməlidir
Uşaq pulu almaq üçün hökmən 3-4 uşaq olmalıdır ki kirayədə 2-ci qrup miopatiyali uşaq təhsil ola ola iş tapa bilməmək.Bu qədər problemlərin içində qalasan biçarə bu uşaqların haqqıdır istər uşaq sayı 1-2-3-4 və ilaxır verilmelidir
Uşağ Pulu barı çox uşağlı ailələrə verilsə daha uyğun olardı,3 və daha çox uşağlı ailələrə verilsə yaxşıdı.
3usaqli ana aztəminatlı aile