Qırğızıstanda Tacikistanla savaşa görə matəm elan edildibackend

Qırğızıstanda Tacikistanla savaşa görə matəm elan edildi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qırğızıstanda 1-2 may tarixləri Tacikistanla sərhəddəki konflikt ucbatından ölənlərə görə milli matəm günləri elan edilib.

KONKRET.az -ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə əmri Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıb. Japarovun əmrinə əsasən, matəm günlərində ölkədə bütün əyləncəli proqramlar ləğv ediləcək və ölənlərin yaxınlarına yardım ediləcək.

Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasında baş verən konflikt nəticəsində 20-dən çox insan dünyasını dəyişib, yüzlərlə insan xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*