Qırğızıstandan Türkiyəyə daha bir iqtisadi zərbəbackend

Qırğızıstandan Türkiyəyə daha bir iqtisadi zərbə

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qırğızıstanın “Air Manas” aviaşirkəti Türkiyənin “Pegasus Hava Yolları” ilə əməkdaşlığı dayandırıb. Bu məlumat Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyi tərəfindən təsdiqlənib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Daha əvvəl xəbər verilmişdi ki, türk daşıyıcısı “Air Manas”dakı payını satmağı planlaşdırır. İndi yerli aviaşirkət Britaniyanın “AviaTrade Corp” ilə əməkdaşlıq edəcək.

“Mülki Aviasiya Agentliyinin direktoru Kurmanbek Akışev razılaşmanın ləğvi üçün lazım olan bütün prosedurların sona çatması barədə məlumat verib”, – deyə Nəqliyyat Nazirliyi qeyd edib.
Qeyd edək ki,yeni tərəfdaşların köməyi ilə “Air Manas” daha iki təyyarə alıb.

Xatırladaq ki, aviaşirkət texniki problemlər səbəbindən vaxtaşırı uçuşları dayandırmışdı. Yeni tərəfdaşlarla əməkdaşlıqdan sonra uçuşlar 25 noyabrda bərpa ediləcək.

Qeyd edək ki, “Pegasus Hava Yolları” Qırğızıstan bazarına 2013-cü ildə çıxıb və 2014-cü ildə fəaliyyətə başlayıb. Şirkət Qırğızıstan şirkətinin səhmlərinin 49 faizini alıb.

Respublikada iki yerli özəl aviaşirkət var – Avia Traffic və Tez Jet. Birincisi xaricə uçuşlar həyata keçirir, ikincisi daxili hava nəqliyyatı bazarında fəaliyyət göstərir. Onların qırğız aviatorları Kərim Damin və Alik Askarova aid olduğu bildirilir. Ədliyyə Nazirliyindən verilən məlumata görə, təsisçilər arasında Maksim Askarov və Esen Mamıtov da var.

Qırğızıstanın Dövlət Hava Yolları 2017-ci ilin noyabr ayında tək bir təyyarənin sıradan çıxması səbəbiylə fəaliyyətini dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*