Qorxulu proqnoz: Bu ölkənin əhalisi yarıya qədər azalacaqbackend

Qorxulu proqnoz: Bu ölkənin əhalisi yarıya qədər azalacaq

Demoqrafların proqnozları əhalini cidd şəkildə təşvişə salıb: “Əsrin sonuna qədər Rusiya əhalisi yarıya qədər azalacaq”. Konkret.az yerli KİV-ə istinadən xəbər verir ki, indiki tendensiyalar kəskin dəyişməsə, Rusiyanın geniş çöllərində cəmi 70-80 milyon insan yaşayacaq. Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının sədri Yuri Krupnov belə hesab edir: “Əsrin sonuna qədər ailələrə müvafiq müavinətlər, ödənişlər və başqa yardımlar olmasa, mövcud əhalinin sayı yarıya qədər azalacaq”.

Son 10 ildə Rusiyada uşaqsız ailə hərəkatının tərəfdarları getdikcə artır. Bu isə o deməkdir ki, bir Rusiya gənci uşaq sahibi olmaq və böyütmək arzusunu şüurlu şəkildə tərk edib.

Krupnova görə, yalnız böyük ailələr ölkəni xilas edə bilər. Ekspertin fikrincə, ən əsası Rusiyada böyük bir ailə əsaslarını yaratmaq lazımdır. Üç və ya daha çox uşaq böyütmək istəyən ailənin büdcəsinə ciddi dövlət dəstəyi olmalıdır.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*