“Qranada” – “Atletik Bilbao” matçı təxirə salınıb.
KONKRET.az xəbər verir ki, buna səbəb azarkeşin ölməsi olub.
Belə ki, iki komandanın qarşılaşmasının 18-ci dəqiqəsində azarkeşin səhhətində yaranan problem səbəbindən qarşılaşma dayandırılıb. Təcili yardım işçiləri azarkeşin köməyinə gəlib. Lakin bütün müdaxilələrə baxmayaraq azarkeşi xilas etmək mümkün olmayıb.
