“Qranada” – “Valensiya” matçı yanğına görə təxirə salındıbackend

"Qranada" - "Valensiya" matçı yanğına görə təxirə salındı

Bu gün keçirilməli olan “Qranada” – “Valensiya” matçı təxirə salınıb.

KONKRET.az xəbər verir ki, bu barədə La Liqa məlumat yayıb.

Bildirilib ki, buna səbəb axşam saatlarında Valensiyada baş vermiş güclü yanğın olub.

Oyunun təxirə salınmasını şəhərin eyniadlı klubunun nümayəndələri istəyib.

Qeyd edək ki, yanğın nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb, 20 nəfər itkin düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*