Qrant Marqaryan: “Bu gedişlə biz Azərbaycanla müharibədə qalib gələ bilməyəcəyik”backend

Qrant Marqaryan: "Bu gedişlə biz Azərbaycanla müharibədə qalib gələ bilməyəcəyik"

Ermənistanla Azərbaycan arasında müharibə ehtimalı getdikcə artır. KONKRET.az politik.am-a istinadən xəbər verir ki, bunu erməni siyasi xadimi Qrant Marqaryan bildirib. Siyasi şərhçi onu da deyib ki, “Biz müharibəyə hazırlaşırıqmı? Əgər fikirləşiriksə, ya itirəcəyik, ya da qələbə üçün özümüzü məcbur edəcəyik, bu yolla müharibədə heç cür qalib gələ bilmərik. Güclü bir ordumuz varsa, döyüşməli və qalib gəlməliyik. İndiki vəziyyətimiz necədir? Bu gedişlə biz Azərbaycanla müharibədə qalib gələ bilməyəcəyik”

Marqaryan deyib ki, hələ cəmiyyətdə Dördgünlük Aprel müharibəsinin nəticləri müzakirə olunur. Ordumuzda soyğunçuluq və korrupsiya ilə ittiham olunan zabit heyətinin olduğundan danışırqsa, hansı müharibədən söhbət gedə bilər?

Politoloq hesab edir ki, “Qarabağ Ermənistandır və nöqtə” deməklə Baş nazir ciddi kobud səhvə yol verib.

Marqaryan qeyd edib ki, bu bəyanat azərbaycanlılara və dünyaya deyil, Qarabağın erməni icmasına yönəlib.

Marqaryana görə, hakimiyyət həqiqəti danışmağa çalışan hər kəsi alçaldır:

“Fiziki təqiblərdən qorxmaq lazım deyil, utancverici olmaq, insanlar üçün bir danışma nöqtəsi olmaqdan qorxmaq lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*