Sünik rayonunun (Zəngəzur – red.) Nerkin And hissəsində bütün birinci müdafiə xətti Azərbaycanın nəzarətinə keçib.
KONKRET.az xəbər verir ki, bunu oktyabrın 25-də müzakirələr zamanı “Ermənistan” partiyasından olan deputat Anna Qriqoryan deyib.
O bildirib ki, Zəngəzurun Nerkin And hissəsində bütün birinci müdafiə xətti Azərbaycanın nəzarətinə keçib.
“2020-ci il noyabrın 9-dan etibarən Azərbaycan qoşunları Sünik rayonunun Nerkin And kəndindən on kilometrlərlə aralıda idi. İndi isə onlar Ermənistan sərhədlərinə yaxınlaşıb.
O, orduda heç bir islahatların aparılmadığını, sadəcə boş bəyanatların verildiyini bildirib.
“Və biz sentyabrda Azərbaycanın növbəti “təcavüzü”nün nələrə səbəb olduğunu gördük. Biz hələ də vətənləri uğrunda canlarından keçmiş erməni hərbçilərinin meyitlərini Ermənistan ərazisindən çıxara bilmirik. Ermənistan hakimiyyəti hətta bunu edə bilmir”, – deyə Qriqoryan fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
