Quranın yandırılmasına görə Mərakeş və İsveç arasında DİPLOMATİK QALMAQALbackend

Quranın yandırılmasına görə Mərakeş və İsveç arasında DİPLOMATİK QALMAQAL

Mərakeş hökuməti Quranın yandırılmasına etiraz olaraq Stokholmdakı səfirini geri çağırıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Afrika krallığının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Kralın ali əmri ilə İsveçin müvəqqəti işlər vəkili Rabata, Stokholmdakı səfir isə məsləhətləşmələrə çağırıldı”, – Nazirliyin saytında dərc edilmiş bəyanatda deyilir.

Qeyd olunub ki, bu, Həcc mövsümü və Qurban bayramı ilə üst-üstə düşən müqəddəs dövrdə bir milyard müsəlmanın hisslərinə məhəl qoymadığı üçün məsuliyyətsiz və düşmənçilik hərəkətdir.

Xatırladaq ki, aksiya polisin icazəsi ilə çərşənbə günü Stokholmun mərkəzindəki Medboryarplatsen meydanında baş tutub. İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Quranın səhifələrini qopararaq yandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*