Azərbayvcanda baş verən son proseslərə nəzər saldıqda xarici xüsusi xidmət orqanlarının “əl izi”ni görmək mümkündür. Bu prosesləri idarə edən qüvvələrlə yanaşı, həm də “oyunçu”lar mövcuddur. Bu “oyunçu”ların içimizdən olması isə sadəcə təəssüf doğurur.
KONKRET.az xəbər verir ki, YOUTUBE platformasında ərsəyə gətirilən “Xainləri Tanı” adlı kanalda “RADİKAL DİNDARLARIN “PAŞİNYAN” LAYİHƏSİ”: BİR XƏYANƏTİN İFŞASI başlıqlı videomaterial təqdim edilib. Bu materialda məhz Azərbaycana xəyanət yolunu tutan şəxslər barədə faktlara söykənən məlumatlar yerləşdirilib.
Xüsusən hazırda özünü hüquq müdafiəçisi kimi təqdim edən keçmiş müstəntiq Rüfət Səfərov haqqında, eləcə də onun xarici xüsusi xidmət orqanları ilə iş birliyini sübuta yetirən faktlar əks olunub. Videoda deyilir ki, “əgər Paşinyan Qərb və Soros tərəfindən dövriyyəyə buraxılmışdısa, onun Azərbaycandakı təqlidçisi Səfərov layihəsi tam fərqli qüvvələrin ssenarisidir”.
Daha ətraflı təqdim etdiyimiz videoda izləyə bilərsiniz:
