Rasim Balayev: “Əsəbiləşdim, gərək çəkilməyəydim”backend

Rasim Balayev: “Əsəbiləşdim, gərək çəkilməyəydim”

Xalq artisti, tanınmış aktyor Rasim Balayev yay istirahətini Bakıda keçirdiyini deyib.

Konkret.az Yenicag.az-a istinadən bildirir ki, aktyor səhhəti ilə bağlı problemlərin də aradan qalxmadığını deyib:

“Ayağımla bağlı narahatlıqlar hələ keçməyib. Müalicəm davam edir. Amma şükür, yaxşıyam. Elə evdə dincəlirəm, heç yana getməmişəm”.

Kino üçün çox darıxdığını deyən xalq artisti ara-sıra sənət dostları ilə dərdləşdiyini deyib:

“Əvvəllər kinostudiyaya gedib, köhnə dostlarla dərdləşirdim. Son vaxtlar ora da getmirəm. Dostlarımın çoxu rəhmətə gedib, bir-iki nəfər qalıb, onlarla da zəngləşirik.Kino üçün darıxıram, amma nə faydası. Deyirlər, dövlət sifarişi ilə ilə yeni filmlər çəkiləcək. Ümidlə gözləyirəm. Adıın çəkmək istəmirəm, bir serialda çəkildim, çox peşman oldum. Əsəbiləşdim, gərək çəkilməyəydim. Mükəmməl ssenarisi olan böyük kinoya çəkilmək istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*