Mərkəzi Referendum Komissiyası Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı respublika referendumunun ilkin nəticələrini təqdim edib.
KONKRET.az xəbər verir ki, səsvermədə 7,8 milyon nəfər və ya referendumda iştirak etmək hüququ olan vətəndaşların 63,66 faizi iştirak edib. Beləliklə, referendumu uğurlu hesab etmək olar. İlkin məlumatlara görə, 5,5 milyon vətəndaş və ya səs verənlərin 71,12%-i AES-in tikintisinə səs verib. 2,4 milyon vətəndaş məsələnin həllinə qarşı çıxıb. Bundan əlavə, hər iki cavab variantının seçildiyi 82 min bülleten səslərin hesablanması zamanı nəzərə alınmayıb.
Qeyd edək ki, oktyabrın 6-da Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı respublika referendumu keçirilib. Vətəndaşlardan bir suala cavab vermələri istənilib: “Siz Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə razısınızmı?”.
Rəsmiyyə Şərifova,
KONKRET.az