“Regionda böyük müharibə olacaq, amma Moskva bunu görməzdən gəlir”backend

"Regionda böyük müharibə olacaq, amma Moskva bunu görməzdən gəlir"

Melik-Şahnazaryan: “Region yeni və böyük müharibənin astanasındadır”

“ABŞ Dövlət Departamenti, nəhayət, dünən açıq şəkildə bəyan etdi ki, Cənubi Qafqaz nəhayət, onların Rusiya, İran və Çinə qarşı mübarizə platformasına çevrilib. Digər düşərgədə Türkiyə, Qərb və yəqin ki, İsrail var”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq, “Oskanapat” analitik mərkəzinin təsisçisi Hrant Melik-Şahnazaryan özünün acebook səhifəsində yazıb.

O daha sonra davam edib:

“Region yeni və böyük müharibənin astanasındadır. Təəssüf ki, müharibənin olacağına az da olsa, şübhəm yoxdur. Bu vəziyyətdə mənim üçün yalnız iki sual açıq qalır.

  • a) Ermənistan hansı düşərgədə olacaq?
  • b) Rusiya bu müharibədə iştirak edəcəkmi?

Ermənistanla bağlı sual təbii ki, absurddur. Ölkəmizin harada olması çox aydın görünür. Amma bu zalım hakimiyyət bizi tamam başqa istiqamətə aparır və əgər yaxın günlərdə satqınların aradan qaldırılması üçün konkret addımlar atılmazsa, o zaman bizim ölkəmiz həmin müharibənin döyüş meydanına çevriləcək.

Bu barədə bir neçə gün əvvəl Mikael Minasyan da yazıb. Ermənistan (xain hakimiyyət deyil) öz seçimini etməlidir.

İkinci suala gəlincə, Türkiyə və Qərb regionumuzda Rusiyaya qarşı mübarizədə həddən artıq açıqdır, lakin Moskva bu reallığı görməzlikdən gəlməkdə davam edir. Üstəlik, Nikola görə bütün erməni xalqından narazı qalan Rusiya gündən-günə özünü daha çətin vəziyyətə salır.

Nə demək olar? Nə demək olar? Bəlkə də heç nə. Rusiyalı həmkarlarımıza Nikolo Makiavellinin sevimli ifadələrindən birini xatırlatmaq yeriə düşər: müharibədən qaçmaq olmaz, onu yalnız düşmənlərinizin xeyrinə təxirə salmaq olar”.

Natiq Səlim,

KONKRET.az

  • Məzahir
    Sentyabr 15, 2023 - 17:11

    Atalarımız deyib: Toyuq ölsə-bir cəngə tükdür, dəvə ölsə- dərisi bir eşşəyə yükdür.
    Dəvənin dərisini belinizə almağa hazır olun,cənablar!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*