Türk düşmənləri Trampa qarşı birləşdi: “Ərdoğanı silahlandırma…”backend

Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."

ABŞ Konqresində Prezident Donald Tramp administrasiyasının Türkiyəyə qırıcı təyyarələr üçün mühərrik satışı və Ankaranın yenidən F-35 qırıcı proqramına qaytarılması ilə bağlı qərarını əngəlləməyə çalışacaqlar.

KONKRET.az xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.

Bildirilir ki, Demokratlar Partiyasından Nümayəndələr Palatasının üzvü Dina Taytus administrasiyanın Türkiyəyə silah tədarükü siyasətinə qarşı yönəlmiş iki ayrı təşəbbüsə rəhbərlik edir.

Birinci təşəbbüs Türkiyənin hazırladığı KAAN qırıcılarının təchiz edilməsi üçün nəzərdə tutulan General Electric F110 reaktiv mühərriklərinin satışının bloklanmasını nəzərdə tutur. ABŞ administrasiyası planlaşdırılan sövdələşmə barədə Konqresi iyunun 24-də rəsmi şəkildə məlumatlandırıb. ABŞ qanunvericiliyinə əsasən, hərbi texnikanın satışının qarşısını alan qətnamə Konqresin hər iki palatası tərəfindən qəbul edilməlidir. Lakin Prezident Donald Tramp həmin qərara veto qoya bilər. İkinci təşəbbüs çərçivəsində isə ABŞ Nümayəndələr Palatasında həm çoxluğun, həm də azlığın liderlərinə məktub göndərilərək administrasiyanın Türkiyəni yenidən F-35 proqramına qaytarması ehtimalına qarşı qətnamənin hazırlanması tələb olunacaq.

Picture background

ANCA ilə yanaşı, ABŞ-dakı yunan təşkilatları – Hellenic American Leadership Council (HALC) və American Hellenic Institute (AHI) də hər iki təşəbbüsü dəstəkləyirlər

ANCA-nın icraçı direktoru Aram Ambaryan bildirib:

“Ərdoğanı silahlandırmaqla biz dostumuzu qorumuruq. Əksinə, düşmənimizi silahlandırır və onu dostlarımıza qarşı aqressiyaya təşviq edirik”.

Bundan əvvəl ABŞ mətbuatı Tramp administrasiyasının Türkiyəyə dəyəri 700 milyon dollardan artıq olan onlarla reaktiv mühərrikin satışını təsdiqləməyi planlaşdırdığını yazmışdı.

Türk düşmənlərinin bu təşəbbüsü hələlik Konqresin bəzi üzvlərinin siyasi addımıdır və satışın mütləq dayandırılacağı anlamına gəlmir. Qərarın qüvvəyə minməsi üçün həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən qəbul edilməsi tələb olunur. Bundan əlavə, Prezident Trampın veto hüququ mövcuddur və Respublikaçıların Konqresdəki mövqeyi nəzərə alınarsa, təşəbbüsün uğur qazanması asan görünmür.

Bununla belə, erməni və yunan lobbilərinin Türkiyənin müdafiə sənayesinin inkişafını, xüsusilə KAAN layihəsini və Ankaranın F-35 proqramına qayıtmasını əngəlləmək istiqamətində fəaliyyətini davam etdirdiyi görünür. Bu məsələ yaxın aylarda Vaşinqton-Ankara münasibətlərində əsas müzakirə mövzularından biri ola bilər.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*